XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 10:10

Dağıstanda silahlı dəstə zərərsizləşdirilib –Aralarında başçıları da var

Dağıstanda silahlı dəstə rəhbəri zərərsizləşdirilib.

"RİA Novosti"nin verdiyi məlumata görə, zərərsizləşdirilən qrupun içərisində onların başçısı İlyas Xəlilovun da olduğu təsdiqlənib.

“Onun Talqi kəndinin iki sakininin öldürülməsi, Karaxami kəndində hüquq-mühafizə orqanı əməkdaşlına hücum, həmçinin terror fəaliyyətini maliyyələşdirmək üçün sahibkarlardan pul qoparmaq kimi cinayətləri var”, – deyə məlumatda bildirilir(APA).  

Xatırladaq ki, aprelin 11-i axşam saatlarında Dağıstanın Kumtorkainsk rayonunda Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşları magistral yolda “Chevrolet” markalı avtomobili saxlamağa çalışıblar. Lakin avtomobilin salonunda olan şəxslər onlara atış açıb. Nəticədə atışma baş verib. Avtomobil yanıb, içərisində olan 3 nəfər ölüb.