XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 10:22

Lavrovdan gözlənilməz açıqlama:"Rusiya nə Əsədə, nə də başqa birinə üstünlük verir"

"Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir".

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar.

“Bu suriyalılararası inklüziv dialoq olmalıdır”,- deyə, rusiyalı nazir bildirib. 

APA