Fələstinin prezidenti Mahmud Abbas ABŞ-a rəsmi səfər edəcək.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
Onun sözlərinə görə, səfər may ayında baş tutacaq: "Səfər zamanı İsrail-Fələstin danışıqları bərpa oluna və müstəqil Fələstin dövlətinin yaranması üçün tarixi razılaşma əldə oluna bilər".