XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 16:47

Avropa Məhkəməsi Rusiya hökumətini3 milyon avro cərimələdi

Avropa Məhkəməsi məşhur Beslan olaylarına görə Rusiya hökumətinin qurbanların yaxınlarına 2,95 milyon avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Hökumətin üzərinə əlavə 88 min avro da məhkəmə xərclərinə görə ödəniş etmək öhdəliyi qoyulub. Qərarda Avropa Konvensiyasının 2-ci bəndinin pozulduğu bildirilir.

İddiaçı qismində 409 nəfər çıxış edib. Onların arasında məlum hadisə zamanı girov götürülənlər, zərərçəkənlər və onların (həmçinin ölənlərin) yaxınları var.
 
Şikayətçilər hesab edir ki, dövlət onların təhlükəsizliyini təmin edə bilməyib, eyni zamanda iş üzrə dolğun araşdırma aparmayıb.

Xatırladaq ki, 2004-cü ilin 1 sentyabrında terrorçular Beslandakı 1 saylı məktəbi ələ keçirərək 1200 nəfəri girov götürüblər. Girovlar üç gün məktəbin idman zalında saxlanılıb.

Terakt zamanı 334 nəfər həyatını itirib ki, onların 180-i uşaqlar olub.

Strateq.az