XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 17:17

Keçmiş deputat Ceyhun Osmanlıya universitetdə iş verildi –Açıqlama

Keçmiş deputat Ceyhun Osmanlı Odlar Yurdu Universitetində dərs deməyə başlayıb.

Sabiq deputat Modern.az-ın əldə etdiyi məlumatın doğru olduğunu bildirib.

"Mən akademik fəaliyyətdən uzaqlaşmamışam. Hazırda təhsil sahəsində fəaliyyətim davam edir. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bir neçə yerli və xarici universitetlə təhsil proqramları çərçivəsində əməkdaşlıq edirəm. O cümlədən Odlar Yurdu Universiteti ilə əməkdaşlıq edirəm. Odlar Yurdu Universiteti ilə də bir neçə proqramımız var. Onların üzərində işləyirik”.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Modern.az-a Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirib:

"Ceyhun müəllim iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O universitetdə beynəlxalq proqramlarla məşğulduR. Həmiçinin, tələbələrə mühazirələr oxuyur və dərs də deyir. Ceyhun müəllim bir aydan da az müddətdir ki, universitetdə işləyir. Biz gənclərlə işləməyi bacaran insanları universitetimizə dəvət edirik. Onların bilik və bacarıqlarından yararlanmağa tələbələrimizin çox böyük ehtiyacı var”.