ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyadakı kimyəvi silah anbarını vurmadığını bəyan edib.
"Reuters"in məlumatına görə, ABŞ bu yalan məlumatın Suriya tərəfindən məqsədli şəkildə yayıldığını düşünür.
«Koalisiya bu rayona zərbələr endirməyib. Suriyanın iddiaları gerçəkliyi əks etdirmir. Böyük ehtimalla, yalan məlumat məqsədli şəkildə yayılıb", – deyə amerikalı polkovnik Сon Dorrian bildirib.
Xatırladaq ki, Suriya ordusunun Baş qərargahı xüsusi bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zr əyalətində İŞİD-in nəzarətində olan kimyəvi silah anbarına aviazərbələr endirib. Nəticədə yüzlərlə adam, o cümlədən mülki sakinlər ölüb.
Strateq.az