XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 21:30

ABŞ İŞİD-i 9,5 ton ağırlığında olan ən güclü qeyri-nüvə bombası ilə vurdu –Pentaqondan açıqlama

ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. 

Bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.   

“Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, – deyə məlumatda bildirilir.   

Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. 

APA