XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2017 - 23:46

Putinlə Ərdoğan telefonda Suriyanı müzakirə edib –Razılaşma əldə olunub

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakə vəziyyəti müzakirə ediblər. 

“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, – deyə məlumatda bildirilir.

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.    

APA