XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 00:52

Trampdan Rusiya açıqlaması:"Vaxtı çatanda hər şey qaydasına düşəcək”

"Rusiya-ABŞ münasibətlərində hər şey yaxşı olacaq". 

Bu fikri ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində bildirib.  

“Rusiya və ABŞ arasında hər şey yaxşı olacaq. Vaxtı çatanda hamı “özünə gələcək” və hər şey qaydasına düşəcək”, – deyə o bildirib.  

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Tramp Rusiyanın “güclü dövlət”, ABŞ-ın isə “çox-çox güclü ölkə” olduğunu bildirib.  

Tramp rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərin bərpa olunması üçün “gözəl” imkanın olduğunu qeyd edib: “Mən hamı ilə dil tapmaq niyyətindəyəm”.   

ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra Moskva-Vaşinqton münasibətlərinin ən aşağı nöqtəyə düşdüyünü, etimadın bərpa olunmasının vacibliyini qeyd edib.  

APA