Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
Trend-in məlumatına görə, komitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
Elman Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
Xaqanı Məmmədov isə Mərkəzi Bank sistemində 1997-ci ildən işləyir. 2010-cu ildə isə İdarə Heyətinin üzvü seçilib.
E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.