XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 13:38

Əli Həsənov:"Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını göstərdi"

"Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib".

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasimdə çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi:

"Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi".