XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2017 - 13:00

Kamal Kılıçdaroğlu:"Bu gün Türkiyənin taleyi həll olunur"

CHP lideri Kamal Kılıçdaroğlu həyat yoldaşı  Selvi Kılıçdaroğlu və oğlu Kərəm Kılıçdaroğlu ilə birlikdə Ankarada  səs veriblər.

Strateq.azTürkiyə mediasına istinadən xəbər verir ki, səsvermədən sonra jurnalistlərə açıqlama verən CHP lideri  "Son dərəcə gözəl bir kampanya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kimə özgə kimi baxmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. İnşallah, xeyirli sonunc çıxar", – deyə, bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.

Ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.