Türkiyənin Diyarbəkiri vilayətində silahlı insident baş verib.
Strateq.az xəbər verir ki, Diyarbəkirin Yabanardı seçki məntəqəsinin qarşısında qohum olduğu bildirilən iki ailə arasında qarşıdurma yaranıb. Bu zaman ailələrdən biri silaha əl atıb.
Nəticədə bir ailənin 3 üzvü qətlə yetirilib. Ölənlər 68 yaşlı Abdulrezzak və onun övladları Şeyhmus Yıldızla İdris Yıldızdır.
Artıq 2 nəfər saxlanılıb. Hadisənin ailəvi səsvermə üstündə yaşandığı bildirilir.