XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2017 - 15:35

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi:"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Eyni  zamanda regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.