XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 12:24

Ramil Usubovun iddiası üzrə çıxarılmış hökm qüvvədə saxlanldı

ram.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində kinorejissor Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubovun iddası üzrə Nəsimi rayon Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə baxılıb.

Məhkəmədən verilən məlumata görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilmiş prosesdə E.Quliyevi vəkil Elçin Sadıqov, nazir R.Usubovu isə vəkil Əlirza Həbilov təmsil edib.
Ə.Həbilov çıxışında E.Quliyevin təqsirinin ilkin məhkəmə istintaqında sübuta yetirildiyini deyib və bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını hakimdən xahiş edib.
Qaşı tərəfin təmsilçisi isə Nəsimi rayon Məhkəməsinin hökmündən narazı qaldıqlarını məhkəmənin diqqətinə çatdırıb.
Tərəflərin çıxışından sonra hakim M.Hüseynov apellyasiya şikayətinin təmin olunmaması və Nəsimi rayon Məhkəməsinin 30.10.2014-cü il tarixli hökmünün qüvvədə saxlanılması barədə qərar çıxarıb.
Xatırladaq ki, ilkin istansiya məhkəməsində E.Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri üzrə 480 saat ictimai islah işlərinə cəlb olunması və 1000 manat cərimələnməsi barədə hökm oxunub.