Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarları böyük sevinclə qarşılayıblar.
Strateq.az xəbər verir ki, baş nazir Binəli Yıldırım partiyanın mərkəzi qərargahı qarşısında toplaşan çoxsaylı siyasi həmfikirləri qarşısında çıxış edib.
Referendumun Türkiyənin həyatında tarixi əhəmiyyət daşıdığını qeyd edən Baş nazir B.Yıldırım səsvermədə iştiraka görə bütün xalqa, o cümlədən AKP-nin üzvlərinə, onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib: "16 Aprel səsverməsi demokratik Türkiyə tarixində yeni səhifə açdı. Referendumun nəticələri ölkə sakinlərinin sabitliyi və rifahı naminə istifadə olunacaq".