XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2017 - 00:22

Ərdoğandan seçki açıqlaması:"Bu, ölkə tarixində ən mühüm islahatdır"

"Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid ölkə tarixində ən mühüm islahatdır. Seçkiyə gedən hər kəsə təşəkkür edirəm. Siz Türkiyənin gələcəyinə səs verdiniz".

Strateq.az xəbər verir ki, bu sözləri seçkinin nəticələri açıqlandıqdan sonra tərəfdarlarının qarşısına çıxan Türkiyə prezidenti  Ərdoğan çıxışında deyib:

 “Səsvermənin nəticələri nümayiş etdirdi ki, xalq öz ölkəsini, öz gələcəyini müdafiə edir. Bu gün tarixi bir qərar qəbul edilib. İlk dəfədir ki, biz ölkənin idarəetmə sistemini sivil formada dəyişirik. Bu bizim ümumi qələbəmizdir. Bütün mübahisələr arxada qaldı. Biz xalqımızın qərarına hörmətlə yanaşmağa çağırırıq".

Ərdoğan çıxışında Türkiyənin gələcəyi ilə bağlı digər mühüm mesajlar da verib.

O, eyni zamanda seçki prosesində dəyişikliyi dəstəkləyən MHP lideri Dövlət Bahçeliyə də təşəkkür edib: "Ona və MHP-li qardaşlarımıza da təşəkkür edirik. Cənab Bahçeli öz tərəfdarlarına, qruplarına sahib çıxaraq, bu yolda bizimlə birlikdə Türkiyənin yolunun açılmasına böyük dəstək vermiş oldular".