XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 10:53

Vasif Talıbov sərəncam verdi,xidmət rəhbəri baş redaktor təyin olundu

"Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.

Strateq.az "Report"a istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Mehriban Paşa qızı Sultanova "Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.

M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, "Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.

Qeyd edək ki, "Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.