"Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər".
Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir:
"Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir".