XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 13:14

MHP-də kütləvi istefalar başladı –Partiya sədrinə etiraz

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hatayın Hassa mahalındakı sədri Burhan Yavuz və idarə heyətinin üzvləri partiyadan istefa veriblər.

Məsələ ilə bağlı danışan Burhan Yavuz MHP rəhbərliyinin son vaxtlar ortaya qoyduğu mövqeyə etiraz olaraq istefa verdiklərini açıqlayıb.

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyini dəstəkləməsi partiya üzvləri arasında fikir ayrılığı yaradıb. Ötən gün MHP-nin əsas simalarından olan Müsavat Dərvişoğlu da partiyadan istefa verib.

Axar.az