XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 18:11

Klinton Obamadan məğlubiyyətə görə üzr istəyib:“Cənab prezident, bağışlayın”

ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton 2016-cı il prezident seçkilərindəki məğlubiyyətinə görə keçmiş prezident Barak Obamadan üzr istəyib.

Bu barədə “Vaşinqton Post” qəzeti Hillari Klintonun yeni kitabına istinadən məlumat yayıb.

“ABŞ-ın yeni liderinin kimliyi bəlli olan kimi axşam Barak Obama Klintona zəng edərək, onu məğlubiyyətini qəbul etməyə çağırdı. Keçmiş dövlət katibi də razılaşaraq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik etdi. Bir neçə dəqiqədən sonra Klinton Obamaya zəng edib dedi: “Cənab prezident, bağışlayın”, – qəzet yazıb.

Axar.az