XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2017 - 18:26

Prezident İlham Əliyev İcra Hakimiyyətinə pul ayırdı –Sərəncam

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.