Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri davam edir.
Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.
Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub:
"Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir".