Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli şəhərində 12 nəfərin olduğu helikopter qəzaya uğrayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində polis helikopterində olan 1 hakim, 7 polis, bir hərbçi və 3 ekipaj üzvünün hamısı həlak olub:
"Helikopterdə olan hakim referendumla bağlı olan seçki komissiyasının üzvləri idi".
Hadisə ilə bağlı açıqlama verən Türkiyə Daxili işlər naziri bildirib ki, hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib: "Helikopter havaya qalxdıqdan 10 dəqiqə sonra düşüb. Orada şəhid olan 12 övladımızın nəşlərini götürmək üçün iş gedir"