XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2017 - 10:47

Türk politoloq:"Türkiyə-Avropa İttifaqı münasibətləri daha da kəskinləşəcək"

"Türkiyə-Avropa İttifaqı münasibətləri daha da kəskinləşəcək".

Bunu SalamNews-a Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı referendum sonrası Türkiyə Prezidentini təbrik etmək əvəzinə, seçkilərin Aİ-standartlarına uyğun olmadığını iddia edən fikirlər səsləndirib: “Türkiyə gələcəkdə Aİ ilə münasibətdə ziddiyətlər yaşayacaq. Türkiyə prezidenti edam hökmünün yenidən tətbiqi məsələsinə müsbət yanaşmalar sərgiləyir. Edam, Kopenhagen kriteriyalarına uyğunlaşmaq nəticəsində ləğv edilib. Gələcəkdə edam hökmünün bərpası, Türkiyə ilə Aİ arasında münasibətləri gərginləşdirəcək əsas məsələlərdən biri olacaq”.

Politoloq hesab edir ki, Aİ praqmatik siyasət həyata keçirir: “Aİ, Türkiyənin qapılarını açacağı halda qarşılacağı immiqrant probleminə görə gərginliyin daha da artırmasına imkan verməyəcək. Gələcəkdə Türkiyədə Aİ ilə münasibətlərdə əsasən edam hökmü və suriyalı mühacir mövzusunda müzakirələr aparılacaq. Yazın gəlməsi ilə Türkiyədən gələn, həmçinin Afrikadan İtalyaya keçən zaman dənizdə boğulan və həbs edilən immiqrant sayı artıb”.