Bu gün İraq ordusu Mosul ətrafındakı daha iki rayonunu İŞİD yaraqlılarından təmizləyib.
Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, ordu At-Tavra və Nasr rayonlarını tamamilə azad ediblər.
Xatırladaq ki, bir neçə aydır İraq hərbçiləri və başda ABŞ olmaqla beynəlxalq koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyatları davam etdirir.