Türkiyə prezidenti Ərdoğan referendum nəticələri ilə müxalif partiyalarının, xüsusi ilə CHP-nin etirazlarının mənasız olduğunu bəyan edib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Ali Seçki Komissiyasının qərarından sonra seçki prosesinin bitdiyini bildirib:
“Heç kimin, o cümlədən Kılıçdaroğlunun millətin iradəsinə hörmətsizlik etməyə haqqı yoxdur”.
Xatırladaq ki, dünən CHP, HDP və Vətən Partiyasının seçkinin nəticələrinin ləğvi tələbiylə bağlı ayrı-ayrılıqda verdikləri şikayətlər rəsmən rədd olunub.
Strateq.az