XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 10:11

Bəxtiyar Vahabzadənin prokuror oğlu təqaüdə göndərildi –Zakir Qaralov əmr imzaladı

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

 Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

 Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

 Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

 Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.