XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 14:14

Rusiyada FTX binasına hucum oldu-Təhlükəsizlik Xidmətinin 2 əməkdaşı öldürüldü

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı hücum olub.

 FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı  məlumata görə, hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla, iki nəfər ölüb.

 "Aprelin 21-də yerli vaxtla 17:02 radələrində Rusiya FTX-nın Xabarovsk dairəsi üzrə İdarəsinin qəbul şöbəsində naməlum şəxs daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb. Hücum edən də öldürülüb", – deyə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd olunub.