XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 22:48

Rusiya XİN: “Lavrovla Tillerson arasında telefon danışığı olub” –Suriya müzakirəsi

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

“Söhbət zamanı Sergey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı çıxmasından təəssüfünü ifadə edib”, – məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdə ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər. 

APA