XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2017 - 14:40

Əfqanıstan Müdafiə Nazirliyi:"Yaraqlılar 100-dən çox əsgəri öldürüblər"

Əfqanıstanın Müdafiə Nazirliyi “Taliban” yaraqlılarının ölkənin şimalındakı Bəlx əyalətində yerləşən hərbi bazaya hücumu nəticəsində 100-dən çox əsgərin həlak olduğunu təsdiqləyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yaraqlılar əfqan ordusu geyimində hərbi bazanın ərazisinə daxil olaraq əsgərləri atəşə tutublar. Nazirlik 100-dən çox hərbçinin öldürüldüyünü etiraf etsə də, onların dəqiq sayını bildirmir.

Bununla yanaşı, KİV-lər bəzi rəsmi mənbələrə istinad edərək öldürülən hərbçilərin sayının 130-150-dən çox olduğunu yazırlar.

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.