XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 19:39

İqtisadçı Rövşən Ağayev “Real”dan ayrıldı –Açıqlama

2011-ci ildən REAL Hərəkatının İdarə Heyətinin (İH) üzvü olan iqtisadçı Rövşən Ağayev onun sıralarından ayrılıb.

Bu barədə Rövşən Ağayev özü məlumat verib.

Strateq.az onun "Feysbuk"dakı səhifəsində yazdığı statusu olduğu kimi təqdim edir:

"Bəzən son dərəcə çətin qərarlar vermək məcburiyyətində qalırıq. Amma bu qərarları qəbul etmək zərurəti məcburiyyətlərə üstün gəlir…
2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.

Səbəbləri haqda çox qısa bunları deyəcəm.

Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədakar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi.

Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən bu vəzifənin öhdəsindən gələ bilmədim. Qərar qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xaric bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.

Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq. 

Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var".