XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 00:22

Gürcüstan da Konstitusiya dəyişikliyinə gedir –Prezident və deputatlar necə seçiləcək?

Gürcüstan Konstitusiya Komissiyası səs çoxluğu ilə konstitusiyaya yenidən baxılmasına dair layihəni qəbul edib.   

Konstitusiyanın yeni modeli birbaşa prezident seçkilərinin ləğvini (dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 üzvü olan kollegiya tərəfindən seçilir), parlament deputatlarının seçilmə sisteminin dəyişilməsini (majoritar dairə sistemi ləğv edilir, seçkilər proporsional sistem üzrə keçirilir, seçkilər ərəfəsində partiya bloklarının yaradılması praktikası ləğv olunur) nəzərdə tutur.

Habelə Təhlükəsizlik Şurasının  ləğv edilməsi nəzərdə tutulur.

Bundan başqa, hərbi əməliyyatların aparılacağı təqdirdə Milli Müdafiə Şurasının iclası çağırılacaq.

Konstitusiyada həmçinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasına dair müvəqqəti fəsil əksini tapacaq. Bu fəsildə Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyası üçün Konstitusiya orqanları tərəfindən bütün lazımi tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.   

APA