XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2017 - 00:27

Ermənistanda rus hərbçi qətlə yetirildi –Açıqlama + VİDEO

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.  

APA-nın  “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.

Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.  

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə 20 yaşlı mülki şəxs şübhəli bilinir. 

Bu barədə “RİA Novosti”yə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.  

“Polis əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı C.A. saxlanılıb”, – deyə, o, bildirib.   

Cinayət işi Ermənistan İstintaq Komitəsinin Mühüm İşlərin İstintaqı İdarəsinə verilib.

Saxlanılan şəxs barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Məlumata görə, həmin şəxs psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunub. Həmçinin, onun barəsində daha əvvəl cinayət işi başlanıbmış.