XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 08:16

Rusiya təyyarəsini İŞİD vurub? – «The Telegraph» açıqladı

İŞİD Misirdən Sankt-Peterburqa uçan təyyarənin qəzaya uğramadığını, qruplaşma tərəfindən vurulduğunu iddia edir. Rusiya tərəfi bu iddianın əsassız olduğunu deyərək İŞİD-i yalanlayıb. Misir hökumətindən isə yekun rəy gəlməsə də, ilkin ehtimal kimi texniki nasazlıq göstərilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «The Telegraph» qəzeti bugünkü sayında Rusiya təyyarəsinin İŞİD tərəfindən vurulmasının qeyri-mümkün olduğunu yazıb: «Təyyarə elə bir yüksəklikdə uçub ki, onu İŞİD-in əlində olan silahlarla vurmaq mümkün olmazdı. Təyyarənin İŞİD tərəfindən vurulduğunu təsdiqləmək üçün ortada iddiadan başqa heç nə yoxdur».

Xatırladaq ki, qəza nəticəsində 224 nəfər həyatını itirib və faciəylə bağlı bu gün Rusiyada matəm elan olunub.

Bu, Rusiya tarixində insan tələfatının ən böyük olduğu aviaqəzadır.