XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 10:17

Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda açıqlama yaydı
 
Baş Prokurorluq dünən bəzi kütləvi informasiya vasitələrində ləğv edilən Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyaları təkzib edib. 
 
Strateq.az xəbər verir ki, bu, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun mətbuat üçün yaydığı açıqlamada yer alıb. Açıqlamada daha sonra bildirilib:
 
“Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulmuşdur. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılmışdır. Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılmışdır”.