XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2015 - 10:27

“Hər şey qaydasındadır…” – DİN-dən seçki açıqlaması

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb.

Strateq.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, saat 13:45-ə olan məlumata əsasən, hər şey qaydasındadır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi orqanları Milli Məclisə keçirilən seçkilərlə əlaqədar oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində işləyir. Bununla bağlı nazir Ramil Usubov müvafiq əmr imzalayıb.