XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 05:36

“Qaçmağa yer axtaracaqlar…” – AZAL-ın rəhbərinə sərt mesaj
Hüquqşünas Aslan İsmayılovun AZAL prezidenti Cahangir Əsgərova qarşı ittihamlarına qurumun mətbuat xidmətnin rəhbərinin verdiyi cavab gərginlik yaradıb. Aslan İsmayılov mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin etik olmayan cavabına qarşılıq olaraq, Cahangir Əsgərovun keçmişindən yazıb. Eyni zamanda, o, AZAL prezidentinin bu gün sahibi olduğu şirkətlərin adını açıqlamaqla, sərt mesaj verib.
Strateq.az Aslan İsmayılov “Facebook”da yazdığı cavabı oxuculara təqdim edir:
“‪AZAL‬-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin rəhbərinin mədəniyyətinə uyğun tərzdə, verdiyi müsahibə (http://bizimyol.info/news/50199.html) ilə tanış oldum. Müsahibənin verilmə tərzi, “limonad, korjik” hissəsi həmin şirkətin səviyyəsinin göstəricisidir. Məni isə maraqlandıran iki məqamdır.
Birincisi, M.Səfərlinin “Aslan İsmayılov deyəndə ki, adicə adamdır, adicə vətəndaşdır da, hüquqşünasdır” deməsi bir daha göstərir ki, bu şirkətin rəhbərliyi və əməkdaşları sadə vətəndaşları insan hesab etmirlər və onların rahatlığı ilə əsla maraqlanmırlar. Bu halın şahidi yəqin ki, “AZAL”-la uçan hər kəs görüb. özüm dəfələrlə şahidi olmuşam ki, hər hansı vəzifəli şəxs hava limanında peyda olan kimi, “AZAL” əməkdaşları onların qarşılarında necə əyilə-əyilə qaçırlar və heç bir növbə gözlətmədən nəinki yüklərini, az qala özlərini də bellərinə mindirib avtomobillərinə qədər yola salırlar. Sadə vətəndaşların isə, az qala, dərilərini soyurlar, istənilən müraciətə kobud cavab verilir. çünki rəhbərlərindən gördükləri budur! Cahangir Əsgərovun xüsusi kobudluğunu sadalamağa ehtiyac duymuram. Mən isə C.Əsgərovdan fərqli olaraq heç vaxt, heç kimə yarınmadım, ləyaqətimi hər şeydən üstün tutdum, hələ 1986-cı ildə Rusiyanın ən səfalı rayonunda məhkəmə sədri işləyəndə C.Əsgərov yəqin ki, Zabratda motor yağlayırdı. Sonrakı vəzifələrimi sadalamağa ehtiyac durmuram və bu gün də şərəfimi qorumaqla sadə Azərbaycan vətəndaşı olmağımla qürur duyuram! Xüsusilə qeyd etmək istəyirəm ki, nə Yunanıstan, nə də başqa bir ölkənin vətəndaşı deyiləm.
İkinci, C.Əsgərovun sözcüsü məni yalan danışmaqda suçlayır. Heç vaxt yalan danışmamışam, yazdıqlarımın hamısı düzdür, bunları istənilən mənbələrdən yoxlamaq olar. Mən C.Əsgərov kimi insanların gözünə baxa-baxa yalan danışmağı bacarmıram. Başqa məsələ ki, “AZAL”-da baş verən korrupsiyanın cüzi bir hissəsinə nəzər salmışam. Əgər imkan tapıb qeydiyyatsız reyslərdən, dəyəri milyonlarla ölçülən qanunsuz yükdaşımalardan, Airport Gate, Baku Cargo Terminal, Duty Free, Ground Handling Company, Holiday Inn Baku airport, Azal Sıgorta, SKY Catering, Silk Way Business Aviation, Bank Silk Way, Silk Way Construction, SWIT, Silk Way Supply, Silk Way Technics, SW Travel-də baş verən korrupsiya mənbələrini araşdırsam, bu gün məni təhqir etmək istəyənlər qaçmağa yer axtaracaqlar”.