Almaniyanın Bavyera əyaləti Daxili İşlər naziri Yoahim Herrmann ölkədə ikili vətəndaşlıq haqqının uğursuzluğa düçar olduğunu bildirərək, onun referendumla ləğvini tələb edib.
Strateq.az xəbər verir ki, bunu Almaniyanın “Deutsche Welle” qəzeti bildirir.
Qəzetin yazdığına görə, əyalət naziri bununla da kifayətlənməyib, Türkiyənin AB-yə tam üzvlüyünün dərhal dayandırılmasını da gündəmə gətirib.
Qeyd edək ki, son referendumda alman rəsmilərinin Ərdoğana qarşı mövqelərinə inad, bu ölkədə yaşayan əslən türkiyəli vətəndaşların 60%-dən çoxu öz seçimlərində “bəli” demişdilər. Almaniyalı türklərin bu mövqeyi ölkədə türklərin Avropayla tam inteqrasiya prosesini keçirib-keçirmədikləri mübahisəsinə yol açmışdı. Bir sıra ifrat millətçi alman siyasətçilər türklərin ikili vətəndaşlıqdan çıxarılmasını təklif etmişdilər.
Eyni tələbin indi əyalət hakimiyyəti tərəfindən gündəmə gətirilməsi get-gedə Türkiyəyə basqıların artırılması kimi qiymətləndirilir.