Suriya lideri Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Əsəd Rusiya təyyarəsinin qəzaya uğraması ilə həyatını itirən 200-dən artıq Rusiya vətəndaşı ilə bağlı Putinə başsağlığı verib: «Cənab prezident və əzid dost Vladimir Putin! Rusiya təyyarəsinin qəzaya uğraması barədə xəbəri kədərlə izlədik. Baş verənlərdən kədərləndiyimizi bildirirəm, sizə, rus xalqına həm öz adımdan, həm də Suriya xalqı adından dərin hüznlə başsağlığı verirəm. Sizə can sağlığı arzulayır, ölkənizin çiçəklənməsini diləyirəm. Birlikdə dünyanı daha təhlükəsiz məkana çevirməliyik».
Qeyd edək ki, bir çox ölkə liderləri, eləcə də ABŞ dövlət katibi Con Kerri və ukraynalı siyasətçilər də Putinə başsağlığı veriblər.