XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2017 - 22:42

Fransada prezident seçkilərinin I turunun qalibləri –Emmanuel Makron və Mari Le Pen

Fransada keçirilən prezident seçkilərinin birinci turunun ilkin qalibləri açıqlanıb.

"Report"un Fransa bürosu xəbər verir ki, namizədlər arasında ən çox səs toplayanlar «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron və sağ Milli Cəbhə Partiyasının lideri Mari Le Pen olub.

Onlar müvafiq olaraq 23,7 və 22,7 faiz səs toplayıblar.

Qeyd edək ki, dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır.