XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 10:21

Sabah ÜAK-ın taleyi həll olunur –Moskva məhkəməsi hansı qərarı çıxaracaq?

Sabah Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, məhkəmə iclası aprelin 11-dən keçirilməli idi. Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməyi əsas göstərilərək hazırlıq iclası aprelin 25-nə təyin olunmuşdu. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu, eləcə də qurumun öz nizamnaməsinin müddəalarının pozulduğunu əsas göstərək Ali Məhkəməyə müraciət edib.

Rusiya Ədliyyə Nazirliyi bəyan edib ki, “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin xəbərdarlıqlar nəticə verməyib-ÜAK-ın sənədləri qaydasına salınmayıb: “Təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib”.

Rusiyada azərbaycanlıların böyük diaspor təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğv olunmaması üçün Azərbaycanın müvafiq dövlət və hökumət qurumları, ayrı-ayrı nüfuzlu ictimai, siyasi xadimlər iş aparıblar. Eyni zamanda Azərbaycan Milli Məclisində məsələ ciddi müzakirə edilib, deputatlar Azərbaycan tərəfinin narahatlığını ifadə ediblər və bəyan edilib ki, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanla Rusiya arasında münasibətlərə soyuqluq gətirə bilər. Bəzi ekspertlər hesab edir ki, həm aparılan iş, danışıqlar, həm də verilən bəyanatların aprelin 11-də məhkəmə iclasının təxirə salınmasında hər halda rol oynamamış deyil. Ola bilsin ki, rəsmi Moskva da ÜAK-ın qeydiyyatının iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəyinin fərqindədir. Ona görə də problemin yoluna qoyulması üçün vaxt uzadılır. (musavat.com)