Əfqanıstanın müdafiə naziri və baş qərargah rəisi istefa verib.
Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, ötən həftənin 5-cü günü 10 Taliban üzvünün hərbi hissəyə hücum edərək, 140 əsgəri qətl etməsinə görə belə qərar verilib.
Məlumatda deyilir ki, müdafiə naziri Abdullah Habibi ilə baş qərargah rəisi Kadem Şah Şahim olaydan sonra istefa ərizələrini prezident Aşref Ganiyə təqdim ediblər: "Prezident hər iki istefanı qəbul edib".
Strateq.az