XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 16:40

Xameneyi: “ABŞ-ın fikirləri məntiqli deyil”

Başqa dövlətlərin toplanıb bir dövlət və onun rəhbəri haqqında qərar verməsi doğru deyil. Heç bir dövlət bunu qəbul etməz“-bunu İranın dini lideri Əli Xameneyi deyib.

Strateq.az-ın bildirdiyinə görə, ölkəsinin xaricdəki diplomatları önündə çıxış edən dini lider Suriya probleminin həllində İranın mövqeyini də açıqlayıb: “Müharibə sona çatmalı, dövlət mərkəzli sülh təmin olunmalıdır. çünki dövlət ona atılan bir daşdan belə zərər görəcək qədər həssas qurumdur. Stabilliyi pozanlar həmin daşı atanlardır. Onlar dövlətə qarşı müxalif olanlardır. Müxalifətə silah və dövlət gücünə qarşı döyüşmək imkanı verilməməlidir. Müxaliflər döyüşdən əl çəksələr, rejim də onlarla döyüşməz. Biz təklif edirik ki, ölkənin təhlükəsizliyi təmin olunsun və bundan sonra seçki keçirilsin. Suriya xalqı kimə istərsə, hakimiyyətə də o gəlsin. Amerikanın və digər ölkələrin ” o getsin, bu qalsın” sözləri məntiqli deyil”.

Bölgə dövlətlərinin torpaq bütünlüyündə maraqlı olduqlarını deyən Xameneyinin fikrincə, etnik əsaslı bölünmələr bölgədə müharibənin davamı mənasına gəlir: “Biz ölkələrin torpaq bütünlüyünün parçalanmasını qəbul etmirik”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Vyanada keçirilən beynəlxalq tədbirdə 17 ölkənin Xarici İşlər nazirləri Suriya məsələsini müzakirə etsələr də heç bir nəticə hasıl olmamışdı. Ən ciddi fikir ayrılığı isə İran və Səudiyyə Ərəbistanı arasında yaşanmışdı. Avropa və körfəz ölkələri Səudiyyə Ərəbistanının mövqeyini müdafiə etmişdilər. İranın mövqeyi isə Rusiya, İraq, Livan və qismən Misir tərəfindən dəstəklənmişdi.