XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 17:36

Vətəndaşları təhqir edən məmurlara qarşı cəzalar sərtləşir –Dəyişiklik

Azərbaycanda vətəndaşa qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edən dövlət orqanının vəzifəli şəxsinə qarşı cərimələr bir neçə dəfə ağırlaşdırılır.

Bu, Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən maddənin 1-ci bəndinin (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, həmin əməldə bu Məcəllənin 293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə əməlinin əlamətləri olmadıqda) sanksiyasında "3000 manatdan 4000 manata qədər” cərimə "4000 manatdan 6000 manata qədər” cərimə ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

APA