XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2015 - 19:24

Ramiz Mehdiyev: “İnsanlar öz xoşları ilə istədikləri namizədə səs verirlər”

 

ramiz ses.jpg

 

“Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər təxminən 43 faiz seçici səs verib”.  Secki-2015.az saytının xəbərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə deyib.

O bildirib ki, səsvermə zamanı heç bir insident baş verməyib. İnsanlar öz xoşları ilə istədikləri namizədə səs verirlər.

Beynəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi: “Onlar özləri artıq qərar veriblər, gəlmirlər. Bu, ikili standartın ən bariz nümunəsidir”.