XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2015 - 06:22

İqbal Ağazadə – Araz Əlizadə savaşı – 27 məntəqədə səslər açıqlanmayıb

35 saylı Xətai III Seçki Dairəsində bu saata qədər 6 məntəqənin nəticələri açıqlanıb.

Mərkəzi Seçki Komissiyası xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 1817 səslə liderdir.

ümid Partiyasının sədri İqbal Ağazadə isə 1078 səslə ikinci yerdədir. Bu nəticə hələlik 6 məntəqədə üzrə qeydə alınıb. Digər 27 məntəqədə isə səslər hesablanmayıb(Axar.az).

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov bütün məntəqələrdə seçkilərin baş tutduğunu, seçici fəallığının 55,7 faiz olduğunu bildirib.

124 dairədə liderlik edənlər açıqlansa da, yalnız sözügedən dairənin nəticələri barədə heç bir söz deyilməyib. Son nəticə ilə MSK-nın rəsmi saytında tanış ola bilərsiniz.