XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2015 - 07:50

Daha bir idarə rəisi saxlanıldı – Məmur həbsləri davam edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olduğu bildirilən Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.
 
Məsələyə Rabitə və İnformaisya Texnologiyaları Nazirliyi aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov SalamNews-a açıqlamasında bildirib ki, Optik Qurğular İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində deyil. Namazəli Məmmədovu isə biz tanımırıq: “Optik Qurğular İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğunu yazmaq düzgün deyil”.