XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 09:19

Türkiyə XİN-dən Trampa etiraz –"Erməni soyqırımı”ı ilə bağlı

ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir.  Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli  dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq” – deyə, məlumatda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” adlandırıb.

Xatırladaq ki, 1915-ci ildə Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də  “soyqırım”ın ildönümünü qeyd edirlər.

APA