XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 11:01

Nazir:"Geosiyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyur"

"Hazırda Suriyada baş verən müharibə, Rusiyaya qarşı sanksiyaların yürüdülməsi və bir sıra digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib".

Bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub: "Bu hadisələr həmçinin neftin qiymətini aşağı salıb ki, bu da Xəzəryanı ölkələrin ümumi daxili məhsul istehsalına, ümumilikdə onların iqtisadiyyatına mənfi təsir edib".

APA